HƏMAS girovlarla bağlı təklifi qəbul etməkdən imtina edib

Fələstin hərəkatı HƏMAS Qəzzada saxlanılan girovların azad olunmasına dair irəli sürülmüş təklifi qəbul etməkdən imtina edir və danışıqlarda yerinə yetirilməsi mümkün olmayan şərtlər irəli sürür.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
“HƏMAS inadla təklifi rədd etməkdə davam edir və qəbuledilməz şərtlər irəli sürür”, – deyə Menser bildirib.
Onun sözlərinə görə, İsrail hələ də vasitəçilər vasitəsilə HƏMAS-dan rəsmi cavab gözləyir:
“Amma bu anda deyə bilərəm ki, HƏMAS girovların azad olunması ilə bağlı İsrailin artıq razılaşdığı təklifi qəbul etməkdən imtina edir”.
Qeyd edək ki, Qəzzada saxlanılan girovlarla bağlı danışıqlar beynəlxalq vasitəçilərin iştirakı ilə davam etdirilir. Lakin tərəflər arasında razılaşma əldə olunmaması gərginliyi artırır.
Nigar Rəhimova
20:04 23.07.2025
Oxunuş sayı: 1134