İsrail və Ukrayna İran təhdidinə qarşı strateji dialoqa başlayıb

İsrailin xarici işlər naziri Gideon Saar bu gün Kiyevdə Ukraynanın xarici işlər naziri Andriy Sıbiha ilə keçirilən birgə mətbuat konfransında bildirib ki, İsrail və Ukrayna İranın yaratdığı təhdidi ilə bağlı strateji dialoqa başlayır.
Crossmedia.az-ın məlumatına görə, Nazir İsrailin son 12 günlük hərbi əməliyyatlar çərçivəsində İrandakı bir sıra hərbi obyektlərə hücum etdiyini qeyd edib. Saar bildirib: “Biz İranın ballistik raket proqramına və dron istehsalına, xüsusilə də Ukraynaya qarşı istifadə olunan texnologiyaya ciddi zərbə vurduq”.
Onun sözlərinə görə, İran yalnız İsraili deyil, həm bölgəni, həm də bütün dünyanı, o cümlədən Ukraynanı təhdid edir.
Saar əlavə edib ki, İslam Respublikasının hərbi silah və texnologiyalarına qarşı atılan bu addımlar Avropa və Ukraynanın təhlükəsizliyinə dəstək məqsədi daşıyır.
19:34 23.07.2025
Oxunuş sayı: 1261