"Keyhan" qəzeti İran XİN rəhbərini sərt tənqid etdi

İranın ali rəhbəri Əli Xameneiyə birbaşa tabe olan radikal mühafizəkar “Keyhan” qəzeti xarici işlər naziri Abbas Əraqçının “Fox News” telekanalına verdiyi müsahibəni kəskin tənqid edib. Qəzet müsahibəni “atəşkəs üçün yalvarış” kimi dəyərləndirib.
Crossmedia.az xəbər verir ki, “Keyhan” qəzetində “Trampın atəşkəs üçün yalvardıqdan sonra etdiyi böyük qələt” başlıqlı məqalədə qeyd olunub ki, Əraqçının “İslam Respublikası heç vaxt İsraili məhv etməyə çalışmayıb” bəyanatı İslam İnqilabının ideoloji xəttinə ziddir.
Qəzet yazır ki, bu sözlər həm Xomeyninin “İsrail yer üzündən silinməlidir” fikrinə, həm də hazırkı lider Xameneyinin dəfələrlə vurğuladığı “İsrailin məhv olunması zərurəti” mövqeyi ilə açıq ziddiyyət təşkil edir.
19:24 23.07.2025
Oxunuş sayı: 765