ABŞ-nin nüvə silahı yenidən Britaniyada yerləşdirildi

ABŞ, ən azı 2005-ci ildən bəri ilk dəfə olaraq, özünün nüvə silahlarını Birləşmiş Krallıq ərazisində yerləşdirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Məlumata görə, bu həftə bir neçə ədəd B61-12 tipli termonüvə bombası ABŞ Hərbi Hava Qüvvələrinin Nüvə Silahları Mərkəzindən (AFNWC), Nyu-Meksiko ştatında yerləşən Kirtlend aviabazasından Böyük Britaniyanın Saffolk qraflığında yerləşən Lakenheath aviabazasına köçürülüb. Bombalar burada yeni inşa olunmuş nüvə silahları anbarında saxlanılacaq.
B61-12 — az güclü, təkmilləşdirilmiş taktiki nüvə bombasıdır. Bu silah müxtəlif təyyarələrə, o cümlədən F-35A Lightning II tipli qırıcı təyyarələrə quraşdırıla bilər. Qeyd edək ki, Lakenheath bazasında 493-cü və 495-ci qırıcı eskadrilyalar məhz bu təyyarələrlə təchiz olunub.
Xumar Emilqızı
18:14 22.07.2025
Oxunuş sayı: 625