Rusiya Ukraynada Milli Qvardiyanın iki obyektinə zərbələr endirdiyini açıqladı
Rusiya hərbçiləri Ukrayna Milli Qvardiyasının Donetsk və Xarkov vilayətlərində yerləşən iki obyektinə aviasiya bombaları və idarə olunan raketlərlə zərbələr endirib.
Crossmedia.az xəbər verir ki, “Rusiya Müdafiə Nazirliyi” bu barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, Donetsk Xalq Respublikasında Ukrayna Milli Qvardiyasının 15-ci ayrıca briqadasının müvəqqəti dislokasiya məntəqəsi FAB-500 aviasiya bombaları ilə vurulub.
Bundan əlavə, Xarkov vilayətində Milli Qvardiyanın 13-cü ayrıca briqadasına məxsus pilotsuz uçuş aparatlarının idarəetmə məntəqəsinin X-39 idarə olunan raketləri ilə məhv edildiyi bildirilib.
Rusiya Müdafiə Nazirliyi zərbələrin nəticələri barədə əlavə məlumat verməyib.
21:36 18.09.2026
Oxunuş sayı: 47