Rusiyada parlament seçkilərində seçici fəallığı 25 faizi keçdi
Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə sentyabrın 18-i Moskva vaxtı ilə saat 20:13-ə olan məlumata görə seçici fəallığı 25,3 faiz təşkil edib.
Crossmedia.az xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyası bu barədə məlumat yayıb.
IX çağırış Dövlət Dumasına seçkilər sentyabrın 18-dən 20-dək üç gün ərzində keçirilir. Seçkilərin nəticəsində parlamentdəki 450 deputat mandatının taleyi müəyyənləşəcək.
Səsvermə Rusiyanın 89 subyektinin hamısında keçirilir və müxtəlif səviyyələr üzrə ümumilikdə 2,2 min seçki kampaniyası təşkil olunub.
Uzaqdan elektron səsvermə isə 33 regionda keçirilir. Onlardan 32-də federal sistemdən, Moskvada isə ayrıca regional platformadan istifadə olunur.
21:58 18.09.2026
Oxunuş sayı: 48