“Baza” teleqram kanalına polis basqını: Baş redaktor naməlum istiqamətə aparılıb

Rusiyanın "Baza" teleqram kanalının redaksiyasının verdiyi məlumata görə, bu səhər polis əməkdaşları kanalın ofisinə və baş redaktor Qleb Trifonovun evinə axtarışla gəliblər.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, mənzildə axtarış aparılıb, polis və OMON əməkdaşları səhər saatlarında ‘Baza’nın baş redaktoru Qleb Trifonovun evinə gəlib. Hazırda onunla əlaqə yoxdur. Sonradan qonşuların dediyinə görə, onu naməlum istiqamətə aparıblar. Qlebin harada olduğu hələlik bilinmir. Nə həmkarları, nə ailəsi, nə də vəkilləri onu tapa bilirlər.
Daha sonra polis əməkdaşları ‘Baza’ redaksiyasının ofisinə də gəlib. Həmin vaxt ofisdə olan əməkdaşlar da bir müddətdir əlaqəyə çıxmırlar. Polis iddialarının mahiyyəti hələ məlum deyil. ‘Baza’nın məlumatına görə, bu, Rusiya regionlarından birində başlanmış hansısa cinayət işi ilə bağlı ola bilər,” – deyə məlumatda bildirilir.
Pərvin Hacıyeva
15:40 22.07.2025
Oxunuş sayı: 943