Fransalı nazir: "Putinə təzyiqləri artırmaqda davam edəcəyik"

Fransanın xarici işlər naziri Jan-Noel Barro Kiyevə səfəri çərçivəsində gecə saatlarında Rusiyanın həyata keçirilən hücumlar nəticəsində zərər çəkmiş dörd rayonu şəxsən ziyarət edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Metro stansiyaları, mağazalar, uşaq bağçaları və körpələr evləri – hamısı Kreml rejiminin ölümcül zorakılığını öz üzərində hiss edib. Avropalılar olaraq Vladimir Putinə təzyiqləri artırmaqda davam edəcəyik”, – deyə nazir özünün Teleqram kanalında bildirib.
Qeyd edək ki, Barro səfərdən öncə Ukrayna paytaxtına gedəcəyini və burada səfirlər konfransında iştirak edəcəyini açıqlamışdı.
Fidan Xəlilova
14:29 21.07.2025
Oxunuş sayı: 1039