Sky News: “İran və Avropa üçlüyü arasında nüvə danışıqları gələn həftə baş tutacaq”

İran və üç Avropa ölkəsi – Almaniya, Fransa və Britaniya arasında nüvə məsələsi üzrə danışıqlar iyulun 27-də Cenevrədə keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sky News” məlumat verib.
Daha öncə “Tasnim News” məlumatlı mənbəyə istinadla bildirib ki, tərəflər danışıqlara başlamaq üçün razılığa gəliblər, lakin vaxt və yer hələ dəqiqləşməyib.
Sky News isə bu görüşün məhz iyulun 27-də və Cenevrədə keçirilməsinin planlaşdırıldığını açıqlayıb.
12:30 21.07.2025
Oxunuş sayı: 832