İran İsraillə müharibə zamanı hava müdafiə sistemlərinin zədələndiyini etiraf etdi

İran Ordusunun Əməliyyat İdarəsinin komandan müavini Mahmud Musəvi ilk dəfə olaraq 12 günlük müharibə zamanı İsrailin hava zərbələri nəticəsində İranın hava hücumundan müdafiə sistemlərinin zədələndiyini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, o, bildirib ki, zədələnmiş sistemlər öncədən məxfi yerlərdə saxlanılan yeni qurğularla əvəz olunub.
Musəvi əlavə edib ki, İran silahlı qüvvələrinin gücü İsrailin hərbi imkanlarını üstələyir və ölkənin müdafiə qabiliyyəti qorunur.
12:10 21.07.2025
Oxunuş sayı: 590