Putin və Əli Laricani Yaxın Şərqdəki gərginliyi və nüvə böhranını müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin bu gün Kreml sarayında İranın ali rəhbəri Ayətullah Əli Xameneinin baş müşaviri Əli Laricani ilə görüş keçirib.
Bu barədə Crossmedia.az-ın məlumatına görə, görüş barədə açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Laricani bu səfəri İran rəhbərliyinin birbaşa tapşırığı ilə həyata keçirib.
O, prezident Putinə Yaxın Şərqdə artan gərginlik, xüsusilə də İran-İsrail xəttində baş verən son hadisələr və regiondakı hərbi-siyasi vəziyyətlə bağlı Tehranın qiymətləndirmələrini çatdırıb.
Bundan əlavə, görüşdə İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət və beynəlxalq diplomatik səylərin durumu da əsas müzakirə mövzularından olub.
10:18 21.07.2025
Oxunuş sayı: 630