İndoneziya sahillərində sərnişin gəmisi yanır, ölənlər var

İndoneziya sahillərində göyərtəsində 280 sərnişinin olduğu "Barcelona VA" gəmisində yanğın başlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Talaud dairəsinin Manado limanından çıxan gəmidə Talise adası yaxınlığında yanğın başlayıb. Sərnişinlərin bir çoxu həyatlarını xilas etmək üçün dənizə atılıbıar.
Yerli hakimiyyət orqanları yanğın nəticəsində azı dörd nəfərin həyatını itirdiyini bildirir.
Axtarış-xilasetmə xidmətinin nümayəndəsi Veri Ariyanto bildirib ki, indiyədək 150 turist təxliyə edilib. Digər sərnişinlərin taleyi isə hələ də məlum deyil.
18:20 20.07.2025
Oxunuş sayı: 878