İran: Atəşkəs rejimi çox kövrəkdir

İran və İsrail arasında atəşkəs rejimi olduqca kövrəkdir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi açıqlama verib. O, “danışıqlar yolu ilə əldə olunmuş razılaşmaya qayıdış mümkündürmü?” sualına müsbət cavab verib:
“Lakin bunun üçün qarşı tərəfdən ciddi və real iradə tələb olunur. Hərbi variantdan imtina edilməlidir, biz irəliləməli və problemi danışıqlar yolu ilə həll etməyə çalışmalıyıq”.
Əraqçinin sözlərinə görə, 12 günlük müharibə göstərdi ki, İranın nüvə proqramı ilə bağlı problemin hərbi həlli yoxdur.
“Yeganə effektiv yol diplomatik həll və danışıqlardır. Bu, yalnız İsrail hərbi ambisiyalarından imtina etdikdən və vurduğu ziyana görə kompensasiya ödədikdən sonra mümkün olacaq. Bu halda biz danışıqlarda iştirak etməyə hazırıq”, – deyə Abbas Əraqçi əlavə edib.
Zəhra Ağayeva
23:30 19.07.2025
Oxunuş sayı: 729