İranda neftayırma zavodunda güclü yanğın baş verib

İranın cənub-qərbində yerləşən Abadan şəhərində güclü yanğın baş verib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, yanğın Abadan Neftayırma Zavodunda qeydə alınıb. Hadisənin səbəbləri hələlik məlum deyil.
Əraziyə dərhal yanğınsöndürən briqadalar və operativ qruplar cəlb olunub. Hazırda alovun lokallaşdırılması və söndürülməsi istiqamətində işlər davam etdirilir.
Əlavə məlumatlar açıqlanacaq.
Zəhra Ağayeva
20:39 19.07.2025
Oxunuş sayı: 1122