Polşada hava limanlarında uçuşlar dayandırılıb – sistemdə nasazlıq yaranıb

Polşada hava hərəkətinə nəzarət sistemində baş verən ciddi nasazlıq nəticəsində bəzi hava limanlarında təyyarələrin havaya qalxması müvəqqəti olaraq dayandırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə RMF24 məlumat verib.
İlk olaraq nasazlıq barədə məlumatı Varşava Frederik Şopen Hava Limanı yayıb. Bildirilib ki, Polşa Hava Hərəkətinin İdarəolunması Agentliyinin (PAZP) informasiya sistemlərində baş vermiş texniki problem səbəbilə hazırda ölkə üzrə təyyarələrin qalxışı mümkün deyil. Enişlər isə xüsusi prosedurlara uyğun şəkildə həyata keçirilir.
Məlumatı sonradan PAZP nümayəndəsi Marçin Xaday da təsdiqləyib:
“Səhər saatlarında hava hərəkətinə nəzarət sistemində nasazlıq yaşanıb. Hazırda təyyarələrin enişi mümkündür, lakin bəzi hava limanlarında uçuşlara məhdudiyyət qoyulub”, – deyə o bildirib.
Nigar Rəhimova
20:22 19.07.2025
Oxunuş sayı: 1211