“Baş” tamaşasına ictimai baxış keçirilib



İyunun 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanan eyniadlı tamaşanın ictimai baxışı keçirilib.
Tarixi-metafizik dram janrında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir. Tamaşanın quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, bəstəkarı Azər Hacıəsgərlidir. Rejissor assistentləri Ceyran Başaran və Nərmin Həsənovadır.
Tamaşada Xalq artistləri Rafiq Əzimov (Molla Müzəffər ağa), Hacı İsmayılov (Münsif Məşədi Həsənağa), Kazım Abdullayev (Hüseynqulu xan), Əməkdar artistlər Füzuli Hüseynov (Knyaz Sisianov), Vəfa Rzayeva (Çariça Mariya), Elnar Qarayev (Mahmud bəy), Anar Heybətov (Dilmanç Şərif bəy), Rövşən Kərimduxt (Fətəli şah), Kazım Həsənquliyev (Hacı Muxtar), Elxan Quliyev (Hemdulla), Elşən Rüstəmov (İvan Petroviç Lazarev), Mətləb Abdullayev (Polkovnik fon Qrenfald), Ayşad Məmmədov (Mirzə Məhəmməd Əkbəri) çıxış edirlər.
Həmçinin tamaşada aktyorlar Elçin Əfəndi (Cavad xan), Rüstəm Rüstəmov (İbrahim xan), Cümşüd Zeynalov (Xacə Əbdül Rəhman), Cavidan Novruz (Qurd Kərim), Tural İbrahimov (Abbas Mirzə), Nəzirin Abdullayeva (Sarı Çoban qızı), Günəş Təkin (Ağabəyim ağa), Vüsal Mustafayev (Vaxtanq Potsişaşvili), Lalə Süleymanova (Markiza Natalya de Lafonje), Ləman İmanova (Hürü bəyim), Elsevər Rəhimov (Podpolkovnik Eristov), Elçin Nurəliyev (Podpolkovnik Pavlov), Əliula Vəliyev (Mayor Lisanəviç), Kənan Hüseynov (Sarı Çoban), Muhuma Sahov (Leşgərnevis Rza), Rəvan Səmədov (Çapar), Rüfət Əhmədov (Əmir Həmzə) və Tural Rzayev (İran sarayının sərbazı) rolları ifa ediblər.
“Baş” tamaşasının süjeti XIX əsrin əvvəllərində imperiya qoşunlarının general Sisianovun komandanlığı ilə Cənubi Qafqazı işğal etməsi fonunda baş verən hadisələri əhatə edir. Səhnə əsərində Sisianovun Bakıda başının kəsilərək Fətəli şah Qacara göndərilməsi və bu hadisədən sonra baş verən mənəvi-siyasi gərginliklər tamaşaçıya təqdim olunur.
Ayan Sədi
18:10 25.06.2025
Oxunuş sayı: 1005