Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlanıb

Mərkəzləşdirilmiş imtahan yolu ilə lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlanıb.
Crossmedia.az bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) istinadən məlumat verir.
Bildirilib ki, 25 iyun 7-ci və 8-ci siniflər üzrə qəbul imtahanı, 26 iyun 6-cı sinif üzrə qəbul imtahanı, 27 iyun 5-ci sinif üzrə qəbul imtahanı keçiriləcək.
Ərizə qəbuluna 5 iyun saat 15:00-dan etibarən start veriləcək və qeydiyyat prosesi 20 iyun tarixinə kimi davam edəcək.
Əlavə məlumat və texniki dəstək üçün https://sy.edu.az platformasında şəxsi kabinetə daxil olaraq “Əks əlaqə” bölməsindən “Mərkəzi imtahan seçimi” qeydi vasitəsilə müraciət edə bilərsiniz.
12:00 05.06.2025
Oxunuş sayı: 1169