"Aidiyyatı qurumlar dəyişiklik etməlidir" - Ekspert

İmtahanlar hər bir tələbənin həyatında həm bilik və bacarığını sübut etmə vasitəsi, həm də ciddi psixoloji sınaq kimi çıxış edir. Bu dövr, yalnız öyrənilənlərin yoxlanması ilə məhdudlaşmır, eyni zamanda insanın stresə qarşı dözümlülüyünü, zaman idarəçiliyini və emosional sabitliyini də sınağa çəkir. Hər il abituriyentlər sualların çətinliyi ilə bağlı şikayətlər edir. Bəs nə üçün imtahanlar belə çətindir? Suallar hansı meyarlara əsasən müəyyən edilir?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Crossmedia.az-a açıqlama verib:
"Qəbul imtahanlarında suallar əsasən üç prinsip üzrə təyin olunur: asan, orta, çətin. Sadəcə abituriyentlər ildən ilə texnologiyaya olan meyili və eyni zamanda əzbərçiliyə daha çox meyil etməsi çox mənfi haldır. Bunların nəticəsində abituriyentlər prosesin çətinliyini görürlər. Əlbəttə biz abituriyentləri vahid proqram əsasında hazırlığa səsləyirik. Onlar vahid proqramlarla ali təhsil və orta təhsil istiqamətində hazırlaşmalıdırlar. Bu proqramlarda qeyd olunan model testlər, həmçinin məlumatlardan yararlanan abituriyentlər daha uğurlu ola bilərlər. Əzbərləmək abituriyentlərə mənfi mənada təsir göstərir. Amma istənilən halda da abituriyentlərin əzbərçiliyə qaçmaq zərurəti var. Əzbərçilik daha çox o zaman görülür ki, tələbələr humanitar yönümlü ixtisaslara yönəlirlər. İldən-ilə də humanitar fənnlər üzrə ixtisaslara yönələn abituriyentlərin sayı artır. Düşünürəm ki, aidiyyatı qurumlar artıq qarşıdakı dövr üçün həm imtahanlar həm proqramda bəzi dəyişikliklərə getməlidirlər".
Ayhan Ağarzayev
15:26 04.06.2025
Oxunuş sayı: 1429