Macarıstan Ermənistana hərbi yardımı bloklayır

Macarıstan son altı həftə ərzində Ermənistan üçün nəzərdə tutulan 10 milyon avro dəyərində Aİ-nin hərbi yardım paketini bloklayır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Kaja Kallas tərəfindən təklif olunan bu yardım, Avropa Sülh Fondu vasitəsilə Ermənistanın "öldürücü olmayan müdafiəsini" gücləndirməyə yönəlib.
Əldə olunan məlumatlara görə, Macarıstanın bu addımı Avropa İttifaqı daxilində fikir ayrılıqlarını daha da dərinləşdirə bilər. Diplomatik mənbələr qeyd edir ki, yardımın bloklanması Aİ-nin Cənubi Qafqazdakı roluna da təsir göstərə bilər.
Zəhra Məmmədova
15:15 16.04.2025
Oxunuş sayı: 1418