Ötən il 36 məktəb direktoru işdən çıxarılıb

Tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir, vətəndaş və valideyn müraciətlərinə xüsusi həssaslıqla yanaşılır.
Bu barədə Crossmedia.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məlumat verilib.
Bildirilib ki, 2024-cü il ərzində müxtəlif istiqamətlər üzrə 4743 monitorinq keçirilib. Ölkə üzrə təhsil müəssisələrini əhatə edən monitorinqlər nəticəsində 36 məktəb direktoru işdən azad edilib, 38 nəfərə sonuncu xəbərdarlıqla şiddətli tömət, 96 nəfərə töhmət verilib, 34 direktora isə xəbərdarlıq elan edilib.
Qeyd edilib ki, monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini, vəzifə funksiyalarının icra vəziyyətini yoxlamaqdır. Aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Nöqsan aşkar edilən təhsil müəssisələri nəzarətə götürülüb.
Məlumata görə , cari həftə ərzində təhsil müəssisələrində monitorinqlər davam etdiriləcək.
Bildirilib ki, 2024-cü il ərzində müxtəlif istiqamətlər üzrə 4743 monitorinq keçirilib. Ölkə üzrə təhsil müəssisələrini əhatə edən monitorinqlər nəticəsində 36 məktəb direktoru işdən azad edilib, 38 nəfərə sonuncu xəbərdarlıqla şiddətli tömət, 96 nəfərə töhmət verilib, 34 direktora isə xəbərdarlıq elan edilib.
Qeyd edilib ki, monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini, vəzifə funksiyalarının icra vəziyyətini yoxlamaqdır. Aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Nöqsan aşkar edilən təhsil müəssisələri nəzarətə götürülüb.
Bildirilib ki, cari həftə ərzində təhsil müəssisələrində monitorinqlər davam etdiriləcək.
17:50 15.04.2025
Oxunuş sayı: 1468