Gürcüstan prezidenti Azərbaycana səfər edəcək

Gürcüstan prezidenti Mixail Kavelaşvili aprelin 15-16-da Azərbaycanda rəsmi səfər edəcək. Bu barədə Gürcüstan prezidentinin administrasiyası bildirib. Səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər və danışıqlar planlaşdırılır.
Prezidentin başçılıq etdiyi gürcü nümayəndə heyətinə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya, parlament üzvləri Givi Mikanadze, Zaur Darqali və Savalan Mirzəyev daxildir.
05:29 15.04.2025
Oxunuş sayı: 1849