Netanyahu: "İsrailə hücum edən hərkəsi hədəf alacağıq!"

İsrail döyüş təyyarələri günorta saatlarında Dəməşqə hava hücumu təşkil edib.
İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin Suriyanın paytaxtı Dəməşqə endirilən hava hücumunda Fələstin İslami Cihad Hərəkatının qərargahını hədəf aldığını iddia edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Livanın cənubundakı beş strateji mövqedə işğalı davam etdirəcəyi bildirilib.
Hücum nəticəsində 8 nəfərin yaralandığı bildirilib.
Netanyahu X hesabında yayımladığı video açıqlamada “İsrailə hücum edən və ya hücum etməyi planlaşdıran hər kəsi hədəf alacağıq. Bu, həm Suriya, həm də Livan üçün keçərlidir” ifadələrini işlədib.
Xatırladaq ki, Livan və İsrail arasında 27 noyabr 2024-cü ildə atəşkəs əldə edilib. Razılaşmaya əsasən, İsrail ordusu 60 gün ərzində Livanın cənubundakı mövqelərindən geri çəkilməli idi. Lakin İsrail Livan ordusunun bölgədə tam nəzarəti ələ keçirmədiyini iddia edərək işğalı davam etdirib.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) və Livan rəsmiləri İsrailin atəşkəs razılaşması və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq Livanın cənubundan tamamilə geri çəkilməli olduğunu bildirir. Bununla belə, İsrail beş məntəqədə mövcudluğunu qoruyacağını açıqlayıb.
Gülbəniz Səfərova
00:27 14.03.2025
Oxunuş sayı: 2599