Zelenski: "Türkiyə ilə azad ticarət razılaşmasına hazırıq"

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsi ilə Türkiyə arasında imzalanması planlaşdırılan azad ticarət müqaviləsi ilə bağlı açıqlama verib. Zelenski Türkiyəyə qarşıdakı səfəri zamanı azad ticarət razılaşmasını təsdiqləməyə hazır olduqlarını bildirib.
Crossmedia.az türk mediasına istinadən xəbər verir ki, Zelenski Kiyevdə Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı və Ticarət Naziri Ömər Bolat ilə görüşündən sonra bu açıqlamanı verib:
“Prezident Ərdoğanın qarşıdan gələn səfəri zamanı Türkiyə ilə azad ticarət sazişini təsdiqləməyə hazırıq”. O cümlədən, Zelenski Türk iş dünyasının Ukraynada təmsil olunmasının vacib olduğunu vurğulayaraq, Türkiyənin Ukraynanın "Bayraktar" silahlarının tədarükündəki dəstəyini yüksək qiymətləndirib.
Xatırladaq ki, Ticarət Naziri Ömər Bolat və Kənd Təsərrüfatı və Meşə Nazirinin İbrahim Yumaklının Kiyevdə keçirdiyi görüşdə, Ukraynanın müharibədən sonrakı bərpası prosesinin dəstəklənməsi və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi məqsədilə müzakirələr aparılıb.
Qeyd edək ki, Türkiyə və Ukrayna arasında bu ticarət razılaşmasının imzalanması, iki ölkə arasında iqtisadi və ticari əlaqələrin daha da güclənməsinə və Ukraynanın müharibədən sonrakı bərpasına mühüm dəstək olacaq.
Gülbəniz Səfərova
22:26 13.03.2025
Oxunuş sayı: 2490