ABŞ-nin nüvə sazişi şərti: İran proksi qruplara dəstəyini dayandırılmalıdır

ABŞ, İranın bölgədəki proksi qruplara dəstəyini dayandırmasını, yeni nüvə sazişi üçün əsas şərt kimi təklif edir.
Crossmedia.az “Əl-Ərəbiyyə” telekanalına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirib.
Məlumata görə, Lavrov, ABŞ-nin yeni nüvə razılaşması çərçivəsində İranın İraq, Livan və Suriyadakı bəzi qruplara dəstəyini dayandırmasını ilkin şərt kimi irəli sürdüyünü qeyd edib.
Rusiya XİN rəhbəri, bu şərtləri problemli və çətin adlandırıb.
19:43 13.03.2025
Oxunuş sayı: 2163