Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr AÇIQLANDI

- Bələdiyyə seçkilərində ən yüksək və ən aşağı seçici fəallığına malik dairələr məlum olub.
- Crossmedia.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin rəhbəri Fərid Orucov məlumat verib.
- Saat 12:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 79 Saylı Astara Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 24,31 % olub. Dairə üzrə 11 955 seçici səsvermə hüququndan istifadə edib.
- Saat 12:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 16 Saylı Yasamal İkinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 9,32 % olub. Dairə üzrə 4 505 seçici məntəqələrə gedərək səs verib.
- Xatırladaq ki, saat 12:00-dək respublika üzrə 1 020 231 nəfər səs verib, seçici fəallığı 17,11 % olub.
- Qeyd edək ki, bu gün Azərbaycan bələdiyyə seçkiləri keçirilir. Seçki məntəqələri səhər saat 08:00-da açılıb.
- Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
- Səsvermə prosesi saat 19:00-dək davam edəcək.
13:16 29.01.2025
Oxunuş sayı: 3418