Məntəqələr səsvermə üçün AÇILDI

- Azərbaycanda seçki məntəqələri bələdiyyə seçkilərində səsvermə üçün açılıb.
- Crossmedia.az xəbər verir ki, səsvermə saat 19:00-a qədər davam edəcək.
- Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.
- Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
- MSK sədri Məzahir Pənahov qeyd edib ki, seçici aktivliyi haqqında saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da məlumatla canlı yayımlanacaq.
- Qeyd edək ki, seçki ilə əlaqədar ölkədə qeyri-iş günüdür.
08:00 29.01.2025
Oxunuş sayı: 4000