Liviyada hərbi dəniz bazasında partlayış baş verib
Liviyanın şərqində yerləşən Benqazi şəhərində hərbi dəniz bazasının ərazisindəki sursat anbarında partlayış baş verib. Hadisədən sonra anbarda yanğın başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Benqazi Mülki Müdafiə Xidməti məlumat yayıb.
Bildirilib ki, yanğının nəzarət altına alınması üçün əraziyə fövqəladə hallar üzrə qruplar cəlb olunub. Yanğınsöndürənlər alovun yayılmasının qarşısını almağa çalışır.
Mülki müdafiə xidməti sakinləri hadisə yerindən uzaq durmağa və yanğın tam söndürülənədək ərazidə toplaşmamağa çağırıb.
Partlayışın səbəbi, hadisə nəticəsində xəsarət alanların olub-olmaması və hərbi dəniz bazasına dəyən ziyanın miqyası barədə hələlik məlumat verilməyib.
09:45 22.11.2026
Oxunuş sayı: 137