Avropanı yeni hücumlarla hədələdilər
Avropada təhdid məktublarının müəllifləri yeni hücumlar dalğası hazırladıqlarını bəyan ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti elektron poçt vasitəsilə göndərilmiş xəbərdarlıq məktubuna istinadən məlumat yayıb.
Məktubda bu həftə baş verən hadisələrin Avropanı yaxın gələcəkdə gözləyənlərin yalnız kiçik bir hissəsi olduğu bildirilib. Məktub müəllifləri təyyarələrə, kruiz gəmilərinə, metro stansiyalarına və qatarlara hücumlarla hədələyiblər.
23:47 06.11.2026
Oxunuş sayı: 63