İran və Rusiya müasir "S-400" sistemlərinin tədarükünü müzakirə edir
İranın təhlükəsizlik xidmətinin rəhbəri Möhsün Rezai Rusiya Prezidenti Vladimir Putinə İranın Ali Rəhbəri Müctəba Xameneinin şəxsi məktubunu təqdim edib. Tehran illərdir almağa çalışdığı "S-400" zenit-raket komplekslərini əldə etmək imkanına nikbin yanaşır.
Crossmedia.az xəbər verir ki, "The Telegraph" bu barədə məlumat yayıb.
İran bu il ABŞ və İsrail tərəfindən endirilən zərbələrdən sonra öz hava hücumundan müdafiə sistemini bərpa etməyə ümid edir.
Lakin Ukraynanın pilotsuz uçuş aparatları və raket hücumları fonunda Rusiyanın özünün HHM sistemlərinə olan ehtiyacı, eləcə də İsrail və regionun digər ölkələri ilə münasibətləri korlamaq narahatlığı səbəbindən Moskva "S-400" tədarükü məsələsində ehtiyatlı mövqe nümayiş etdirə bilər.
22:03 06.11.2026
Oxunuş sayı: 65