Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirib
Rusiya Prezidenti Vladimir Putin cümə günü, noyabrın 6-da Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirə keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Bugünkü görüşümüzün, müşavirəmizin əsas mövzusu Rusiyanın ərzaq təhlükəsizliyinin təmin edilməsi və möhkəmləndirilməsidir", — deyə dövlət başçısı bildirib.
Rusiya lideri həmçinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Ukrayna münaqişəsinin nizamlanması üzrə BƏƏ-də keçiriləcək üçtərəfli danışıqları müzakirə etdiyini bəyan edib. Bununla əlaqədar, Əbu-Dabiyə danışıqlara gedəcək Rusiya nümayəndə heyətinin nümayəndələri də müşavirədə iştirak ediblər.
21:46 06.11.2026
Oxunuş sayı: 68