Hindistan Ermənistana "Pinaka" 1 min idarə olunan raket tədarük edəcək
Hindistanın "Indian Defence Research Wing" nəşrinin məlumatına görə, Hindistan daha əvvəl İrəvanın aldığı "Pinaka" reaktiv yaylım atəşi sistemləri (RYAS) üçün 1 min idarə olunan raket tədarük edəcək.
Crossmedia.az xəbər verir ki, İrəvan ilə Yeni Dehli arasındakı silah sövdələşmələri barədə mütəmadi olaraq məlumat yayan Hindistan nəşri bu dəfə söhbətin idarə olunan sursatların ilk partiyasından getdiyini yazır.
Qeyd edək ki, reaktiv yaylım atəşi sistemlərinin özü son 2-3 il ərzində əldə edilib.
22:18 06.11.2026
Oxunuş sayı: 63