Tusk parlamentdən selfi paylaşıb
Polşanın Baş naziri Donald Tusk respublika parlamentindən çəkdiyi selfini sosial şəbəkə hesabında paylaşıb.
Crossmedia.az xəbər verir ki, fotonun arxa fonunda müxalifətçi deputatlar tərəfindən açılmış "Tusk = diktator" yazılı plakat əks olunub.
Polşa Baş naziri fotoya "Tezliklə oxumağa və saat satmağa başlayacaqlar", — şərhini əlavə edib.
22:09 06.11.2026
Oxunuş sayı: 64