Kanadada işsizlik 6,7 faizə yüksəlib
Kanadada oktyabr ayında işsizlik səviyyəsi 6,7 faizə yüksəlib. Bu barədə Bloomberg məlumat yayıb.
Crossmedia.az xəbər verir ki, sentyabrda bu göstərici 6,5 faiz olub. Nəşrin məlumatına görə, ABŞ-nin tətbiq etdiyi tariflər Kanada əmək bazarına mənfi təsir göstərir.
İlin əvvəlindən ölkədə məşğulluq 45 900 nəfər azalıb. 2020-ci il pandemiyası istisna olmaqla, bu, 2009-cu il qlobal maliyyə böhranından bəri ən böyük azalma olub. 27 həftə və daha uzun müddət iş axtaran işsizlərin payı isə oktyabrda 23,7 faizə yüksəlib. Bir il əvvəl bu göstərici 21,5 faiz idi.
Kanada tənzimləyicisi Yaxın Şərqdəki münaqişə ilə əlaqəli enerji şokunun inflyasiya risklərini artıracağını gözləyir. ABŞ tariflərinin isə iqtisadi artım tempini zəiflədə biləcəyi bildirilir.
Daha əvvəl ABŞ-də oktyabr ayında iş yerlərinin sayının gözləniləndən çox artdığı və işsizlik səviyyəsinin 4,1 faizə düşdüyü barədə məlumat yayılmışdı.
21:28 06.11.2026
Oxunuş sayı: 66