Demokratlar "Tramp marşrutu"nu yenidən nəzərdən keçirə bilərlər
ABŞ Konqresindəki Demokratlar Partiyasının nümayəndələri Donald Tramp administrasiyasının təşəbbüsü olan layihələrin müddəalarını yenidən nəzərdən keçirmək imkanına malikdirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə politoloq-amerikanşünas Georgi Asatryan "Sputnik Ermənistan"a müsahibəsində bildirib.
Ekspertin sözlərinə görə, ABŞ-də partiyalararası kəskin ziddiyyətlər səbəbindən Senat TRIPP layihəsinin gələcək irəliləyişini bloklaya bilər. Həmçinin İran və Ukrayna istiqamətində demokratların fərqli mövqeyi var: onlar Ukraynaya maliyyə ayırmağı və münaqişəni uzatmağı dəstəkləməyə davam edirlər.
23:28 06.11.2026
Oxunuş sayı: 64