Zaxarova: Ukraynada korrupsiyaya qarşı “mübarizə” yoxa çıxıb
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynada korrupsiyaya qarşı mübarizə siyasətini tənqid edib.
Crossmedia.az xəbər verir ki, Zaxarova bu barədə açıqlamasında Ukraynada korrupsiyanın geniş yayıldığını iddia edib.
“Onların korrupsiyaya qarşı mübarizə barədə necə danışdıqlarına baxsaq, əslində “mübarizə” sözü harasa yoxa çıxıb, yalnız korrupsiya qalıb”, - deyə Zaxarova bildirib.
O, sentyabr ayında Kiyev Beynəlxalq Sosiologiya İnstitutu tərəfindən keçirilən sorğunun nəticələrinin dərc edildiyini və həmin nəticələrin Ukraynada korrupsiyanın geniş yayıldığını göstərdiyini iddia edib.
Zaxarovanın sözlərinə görə, bu vəziyyəti heç bir üsulla, hətta Ukrayna Prezidenti Volodimir Zelenskinin yalnız televiziya yayımını saxlaması ilə bağlı qərarı ilə belə gizlətmək mümkün deyil.
17:52 08.10.2026
Oxunuş sayı: 75