Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını- 38 maddə genişləndirib
Böyük Britaniya Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların siyahısını daha 38 mövqe üzrə genişləndirib.
Crossmedia.az xəbər verir ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi oktyabrın 8-də yayımladığı bildirişdə bu barədə məlumat verib.
Yeni məhdudiyyətlər 23 şirkət, 3 fiziki şəxs və 12 gəmiyə şamil olunub.
Sanksiyaya məruz qalan qurumlar arasında “Zarubejneft” və “Stolıçnıy Kredit” bankı da yer alıb.
15:20 08.10.2026
Oxunuş sayı: 123