Ermənistandakı data mərkəzi Azərbaycana qarşı istifadə oluna bilər
Ermənistanda fəaliyyət göstərən yeni data mərkəzinin Qərb xüsusi xidmətlərinin, o cümlədən Azərbaycan və digər Cənubi Qafqaz ölkələrinə qarşı maraqları çərçivəsində istifadə oluna biləcəyi iddia edilir.
Crossmedia.az xəbər verir ki, “Vedomosti” bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsovun açıqlamasına istinadən məlumat yayıb.
Şevtsovun sözlərinə görə, söhbət Ermənistanın Razdan şəhərində fəaliyyət göstərən süni intellekt data mərkəzindən gedir. O bildirib ki, belə mərkəzlər Qərb xüsusi xidmətlərinin maraqları naminə analitik və kəşfiyyat fəaliyyətlərinin həyata keçirilməsi üçün istifadə oluna bilər.
Onun iddiasına əsasən, bu fəaliyyətlər İran, Rusiya, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə qarşı yönələ bilər.
14:55 08.10.2026
Oxunuş sayı: 60