Estoniyalı nazir Moskvanı təhdid etdi: NATO Rusiyanın yollarını bağlaya bilər
NATO üzv ölkələrindən birinə hücum olacağı təqdirdə alyansın bir neçə saat ərzində Rusiyanın Baltik dənizinə çıxışını bağlaya biləcəyi iddia edilir.
Crossmedia.az xəbər verir ki, Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bu barədə açıqlama verib.
Nazirin sözlərinə görə, belə bir addım Rusiya üçün “ekzistensial” böhran yarada bilər.
Tsahkna bildirib ki, Rusiyanın dəniz yolu ilə ixrac etdiyi neftin təxminən 60 faizi Baltik dənizindən keçir. Bundan əlavə, Rusiya hərbi gəmilərinin Kalininqrada hərəkət etdiyi marşrutlar da bu dənizdən keçir.
14:45 08.10.2026
Oxunuş sayı: 59