Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub
Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunda ilk mərhələyə yekun vurulub.
Crossmedia.az xəbər verir ki, ultramarafon iştirakçıları Qəbələdən Ağdaşadək 52.5 kilometr məsafə qət ediblər.
İlk mərhələnin qalibi gürcüstanlı David Xarazişvili olub. İkinci yeri litvalı Andrey Yeqorov, üçüncü yeri isə gürcüstanlı İrakli Canaşia tutub.
Yarışda 6 ölkədən 97 atlet iştirak edir.
Bundan sonra Ağdaş–Bərdə (65 kilometr), Bərdə–Ağdam (44 kilometr) və Ağdam–Xankəndi (28 kilometr) mərhələləri olacaq.
Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə təşkil olunub. 380 kilometrlik məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ–Xankəndi marşrutu üzrə keçirilib və yarışa altı ölkədən 81 atlet qatılıb.
13:52 08.10.2026
Oxunuş sayı: 55