Bu balqabağı görənlər heyrətə düşdü: 1,3 ton!
Böyük Britaniyanın 65 yaşlı sakini İan Peyton çəkisi 1,3 tona yaxın olan balqabaq yetişdirərək dünya rekorduna imza atıb.
Crossmedia.az xəbər verir ki, “Daily Mail” bu barədə məlumat yayıb.
Peyton nəhəng balqabaqların yetişdirilməsi üzrə yarışda qalib gəlib. Onun yetişdirdiyi balqabağın çəkisi təxminən 1,3 ton olub və hazırda dünyanın ən ağır balqabağı hesab edilir.
Peyton balqabağın ölçüsünün böyük olduğunu əvvəlcədən bildiyini deyib. Onun sözlərinə görə, balqabağı yükləyici ilə qaldırarkən texnikanın bütün xəbərdarlıq işıqları yanıb və yükün həddindən artıq ağır olduğu barədə siqnal verib.
Bu, Peytonun üçüncü dünya rekordu olub. O, əvvəlki illərdə nəhəng balqabaqları qardaşı ilə birlikdə yetişdirib. Bu il isə qardaşı dünya səyahətinə çıxdığı üçün Peyton məhsulu təkbaşına yetişdirib.
03:15 07.10.2026
Oxunuş sayı: 57