İran parlamentinin spikerindən 1970-ci illərlə bağlı sərt mesaj
İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf ölkəsini 1970-ci illərə qaytarmaq istəyənlərə istehzalı mesaj göndərib.
Crossmedia.az xəbər verir ki, Qalibaf bu barədə açıqlama verib.
O bildirib ki, İrana qarşı belə bir yanaşma sərgiləyənlər özləri 1970-ci illərin qiymətləri, yüksək qaz tarifləri və dizel yanacağı qıtlığı ilə üzləşə bilərlər. Qalibaf çıxışında həmin dövrün geyim dəbinə də istehza ilə toxunaraq “nostaljidən həzz alın” ifadəsini işlədib.
22:09 24.09.2026
Oxunuş sayı: 36