"Zirə" minifutbol üzrə Çempionlar Liqasında ilk qələbəsini qazanıb
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında ilk qələbəsini qazanıb.
Crossmedia.az-ın məlumatına görə, Seymur Məmmədovun baş məşqçi olduğu komanda G qrupunda Çexiya təmsilçisi "Hanspaulka" ilə üz-üzə gəlib.
Görüş Azərbaycan komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları İsa Atayev (22) və Samir Həmzəyev (30) rəqib qapısından keçiriblər.
Qeyd edək ki, "Zirə" ilk görüşündə Bosniya və Herseqovina təmsilçisi "Krayina" ilə heç-heçə etmişdi - 1:1.
14:21 24.09.2026
Oxunuş sayı: 41