ABŞ-İran danışıqlarında yeni mesaj
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff İran nümayəndə heyəti ilə BMT Baş Assambleyasının iclasları çərçivəsində aparılan danışıqları uğurlu adlandırıb.
Crossmedia.az xəbər verir ki, Uitkoff danışıqların ABŞ-da, BMT Baş Assambleyası çərçivəsində keçirildiyini bildirib.
Onun sözlərinə görə, tərəflər arasında danışıqlar vasitəçilərin iştirakı ilə aparılıb. Vasitəçilər gün ərzində iki tərəf arasında əlaqələndirmə aparıblar.
“Ümid edirik ki, bu danışıqlar konstruktiv və perspektivli olacaq”, – deyə Uitkoff bildirib.
13:04 23.09.2026
Oxunuş sayı: 44