Bakıda və bölgələrdə istilik sistemləri qışa hazırlanır – görülən işlər açıqlanıb
"Azəristiliktəchizat" ASC 2026-2027-ci illər payız-qış mövsümünə hazırlığa dair işləri yekunlaşdırmaq üzrədir.
Crossmedia.az-ın məlumatına görə, "Azəristiliktəchizat"ın balansında 549 qazanxana, 87 istilik məntəqəsi, 2 yüksəldici nasos stansiyası fəaliyyət göstərir. Bu istilik təchizatı obyektləri üzrə 1 299 qazan qurğusu, 3 326 dəst nasos avadanlığı, 986 km-ə yaxın magistral və məhəllədaxili istilik xətləri istismar olunmaqla ümumilikdə 88 mindən çox tənzimləyici və nizamlayıcı armatur, avadanlıq və qurğulara xidmət göstərilir.
"Azəristiliktəchizat"ın istilik təchizatı obyektlərinin, o cümlədən mövcud qazanxana, istilik şəbəkələri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların etibarlığının və dayanaqlığının təmin edilməsi məqsədi ilə mövsümə hazırlıq tədbirləri çərçivəsində 965 864 m istilik kəmərləri hidravlik sınaq aparılmaqla təkrar yoxlanılıb, 11 min m müxtəlif diametrli istilik xətləri və 752 ədəd dirsək dəyişdirilərək yenilənib, 30 qazan, 5 ədəd nasos, 224 ədəd siyirtmə əsaslı, 160 ədəd qazan, 433 ədəd nasos, 4 922 ədəd siyirtmə, 529 ədəd mühərrik cari təmir edilib, 142 ədəd istilik mübadilə aparatları kimyəvi və yaxud mexaniki üsulla, 1 131 ədəd qazanın qızma səthi mexaniki üsulla təmizlənib. Bundan başqa, 281 ədəd siyirtmə, 71 ədəd ventil, 22 dəst nasos, 30 ədəd əks klapan,3 mühərrik yenisi ilə əvəz olunub.
Bundan başqa, 60 km yeraltı qaz xətti, 75 km yerüstü qaz xətti yoxlanılıb, 298 m yeni qaz xətti quraşdırılıb, 543 ədəd qaz siyirtmələri, qaz kəsici klapanlar, qaz ventilləri təftiş olunaraq istismara hazır vəziyyətə gətirilib.
"Azəristiliktəchizat"ın strukturuna daxil olan mərkəzləşdirilmiş xidmətlər tərəfindən 2025/2026-cı il payız-qış mövsümü ərzində qazanxanaların və istilik məntəqələrinin fəaliyyəti və təhlükəsiz istismarının təmin edilməsi ilə bağlı sifarişlər və planlı texniki baxış daxil olmaqla Elektrik təsərrüfat xidməti üzrə 869 sayda, Mexaniki təmir xidməti üzrə 315 sayda, İstilik mübadilə aparatları və su hazırlığı xidməti üzrə 107 sayda, Nəzarət ölçü cihazları və avtomatika xidməti üzrə 1 253 sayda birbaşa olaraq qazanxana və istilik məntəqələrində planlı və sifariş əsasında texniki xidmət göstərilib.
Bundan başqa cəmiyyətin daxili resursları hesabına Sumqayıt şəhərində 11 saylı orta məktəbə və Sabunçu rayonu, 80 saylı məktəbə, həmçinin 287 saylı uşaq baxçasına xidmət göstərən köhnə tipli qazanxalar müasir avadanlıqlar quraşdırılmış Modul tipli qazanxanalarla əvəz edilib, İsmayıllı rayonunda yaşayış binalarına xidmət qazanxanada istismar müddəti başa çatmış divar tipli qazanlar 0,35 Qkal/saat gücündə yeni qazanxala əvəz edilib.
12:14 22.09.2026
Oxunuş sayı: 44