Sumqayıtda yol qəzası ölümlə nəticələndi
Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən avtoqəza qeydə alınıb.
Crossmedia.az xəbər verir ki,hadisə Koroğlu prospektində baş verib. Məlumata görə, 1991-ci il təvəllüdlü Aslanov Vüqar Elşən oğlu idarə etdiyi "BYD Destroyer A05" markalı avtomobillə 1973-cü il təvəllüdlü Həşimov Qabil Salman oğlunu vurub.
Ağır xəsarətlər alan piyada həyatını itirib.
Faktla bağlı araşdırma başlanılıb.
09:26 22.09.2026
Oxunuş sayı: 46