Tramp yeni süni intellekt yaradır
ABŞ prezidenti Donald Tramp sosial mediada paylaşımında “AI Force” (Süni İntellekt Qüvvəsi) formalaşdıracağını və süni intellekt üzrə xüsusi “tsar” təyin edəcəyini bildirib. O, bunu Space Force-un yaradılmasına bənzədib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Tramp süni intellekti “növbəti sənaye inqilabı” adlandırıb və onun ölkənin ÜDM-inin 25%-ni təşkil edə biləcəyini deyib. O, ABŞ-nin Çindən irəlidə qalmasını istədiyini vurğulayıb və inkişafı heç bir şəkildə ləngitməyəcəyini bildirib.
Prezident süni intellekt təhlükələri ilə bağlı xəbərdarlıqları “saxta” adlandırır və pis niyyətli şəxsləri mövcud cinayət və mülki qanunlarla cəzalandıracaqlarını qeyd edir. Təfərrüatlar və vaxt cədvəli hələ açıqlanmayıb.
08:40 22.09.2026
Oxunuş sayı: 57