Almaniya kanslerinin reytinqi rekord səviyyədə aşağı düşüb
Almaniya kansleri Fridrix Mertsin ictimai dəstəyi 13 faizə düşərək ölkə tarixində ən aşağı göstəricilərdən birinə çatıb və bu vəziyyət onun hökuməti üçün ciddi siyasi təzyiq yaradıb.
Crossmedia.az xəbər verir ki, BBC Mertsin kanslerliyinin ilk 16 ayında rəhbərlik etdiyi Xristian Demokrat İttifaqının (CDU) bir sıra regional seçkilərdə zəif nəticələr göstərdiyini yazıb.
Son olaraq Meklenburq-Ön Pomeraniya əyalətində CDU ilkin nəticələrə əsasən regional parlamentə daxil olmaq üçün tələb olunan 5 faizlik baryeri keçə bilməyib. Bunun əksinə olaraq, anti-immiqrasiya mövqeyi ilə tanınan “Almaniya üçün Alternativ” (AfD) partiyası son üç regional seçkidən ikisində ən böyük siyasi fraksiya olub.
BBC-nin məlumatına görə, AfD Saksoniya-Anhalt əyalətində hökumət formalaşdırmaq imkanına da malikdir. Partiyanın ölkə üzrə rəy sorğularında birinci yerdə olması isə Almaniyada xüsusi həssaslıq doğurur.
Qeyd olunur ki, Mertsin reytinqinin 13 faizə düşməsi onun kanslerliyi dövründə qarşılaşdığı ən ciddi siyasi problemlərdən biri kimi qiymətləndirilir.
20:22 21.09.2026
Oxunuş sayı: 60