Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.
Crossmedia.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,81% azalaraq 4 388,9 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də 0,98% azalaraq 66,49 dollar təşkil edib.
10:50 21.09.2026
Oxunuş sayı: 48