Ərdoğan ABŞ-ə səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin 81-ci Baş Assambleyasına qatılmaq üçün xüsusi təyyarə ilə ABŞ-nin Nyu-York şəhərinə yola düşüb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Onu Atatürk Hava Limanından vitse-prezident Cevdet Yılmaz və digər rəsmilər yolasalma mərasimi ilə yola salıb. Ərdoğana xanımı Emine Ərdoğan, bir sıra nazirlər və yüksək vəzifəli şəxslər də müşayiət edir.
Prezident 22 sentyabrda Baş Assambleyada çıxış edəcək.
14:15 20.09.2026
Oxunuş sayı: 47