Şimali Koreya ABŞ təlimlərinə cavab verdi
Şimali Koreya ABŞ-nin regionda keçirdiyi hərbi təlimlərə cavab olaraq nüvə potensialını gücləndirmək hüququna malik olduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, Bloomberg bu barədə məlumat yayıb.
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq bildirib ki, xarici qüvvələrin ölkənin milli təhlükəsizliyinə yaratdığı təhdidlərin artması Pxenyanın hərbi imkanlarını gücləndirməsinə səbəb olur.
Onun sözlərinə görə, ABŞ-nin rəhbərliyi ilə regionda keçirilən hərbi təlimlər Şimali Koreyanın nüvə arsenalını genişləndirmək əzmini daha da artırır və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə şərait yaradır.
Kim Yo Conq gərginliyin artacağı təqdirdə Şimali Koreyanın daha sərt cavab verəcəyini də bildirib.
Cənubi Koreya Prezidenti Li Çje Myon isə daha əvvəl ABŞ ilə Şimali Koreya arasında dialoqun bərpa olunmasının Koreya yarımadasında sülh və sabitliyin təmin edilməsi istiqamətində mühüm addım olacağını deyib.
10:05 18.09.2026
Oxunuş sayı: 46